"Dəniz"də başlayan mübahisə, dəhşətli qətl- Qərardan narazı qalan tərəflər


"Dəniz"də başlayan mübahisə, dəhşətli qətl-


Bu gün Beynalxaq Mətbuat mərkəzində 2015-ci il yanvarın 8-də baş verən Qaradağ rayonu, Sahil qəsəbəsində dəhşətli qətil hadisəsində təqsirli bilinən şəxsin Tərlanov Zaur Ənvər oğlunun hüquqlarını qoruyan müdafiəçisi ailəsi və jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçrilib.

Bildiriblər ki, hadisə 8 yanvar 2015-ci il tarixində saat 17 radələrində Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən ”Dəniz” kafesində Tərlanov Zaur Ənvər oğlu öz dostu Xəlilov Anar Zəkəriyyə oğlu ilə birlikdə çay içərkən nikahdan kənar həyat yoldaşı Aslanova Xanım Əlibala qızı ilə Cavid Rəhimovun 2014-ci ilin avqust -sentyabr aylarından şəxsi münasibətdə və cinsi əlaqədə olması ilə bağlı aralarında şəxsi, qərəzli münasibətlər zəminində mübahisə düşüb: "Bundan sonra aralarında mübahisəni həll etmək üçün Cavid və Cahid qardaşları Zaur Tərlanova dəniz kənarına getməyi və xanım Aslanovaya görə yaranmış mübahisəni davam etdirməyə təkid ediblər. Mübahisə zamanı Zaur Tərlanov Cavid və Cahid Rəhimov qardaşlarını öldürmək qərarına gəlib. İttiham aktında qeyd olur ki, Zaur Tərlanov idarə etdiyi avtomobilinin arxa oturacağında olan ”Vinçester” silahla xüsusi amansizlıqla Cavid və Cahid qardaşlarını qətilə yetirib. Məhkumun müdafiəçisi jurnalsitlərə verdiyi açıqlamasında bildirib ki, Zaur Tərlanov öz namusunu və şərəfini özünü müdafiə etdiyi üçün Cavid və Cahid qardaşlarına atəş açıb.

Biz təqsirləndirilən tərəf olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayyət Kollegiyası 23 iyul 2018 -ci il tarixli hökmü ilə razılaşmayaraq bildirdik ki, o, silahla Zauru öldürəcəyini dəfələrlə deyib, sadəcə Zaur Tərlanov ondan qorxub qaçdığından onu öldürmək üçün real şərait olmayıb. O cümlədən verilmiş kassasiya şikayyətində Bakı Apelyasiya Məhkəməsinin 05 may 2017 -ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi dəfələrlə xahiş olunub.

Məhkumun müdafiəçisi olaraq kassasiya şikayyətində bildirdik ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən məhkumun əməli əsassız olaraq bir qardaş diğərinin gözü qarşısında öldürməyə görə xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi tövsif edilib".

Həmçinin müdafiəçi qeyd edir ki, işin apellyasiya məhkəməsində baxışı zamanı müdafiə nitqi üçün vaxt istəmiş və ona cəmi 30 dəqiqə vaxt verilmişdir: "Bundan başqa, işin gedişində şahid ifadələri fonoskopik ekspertiza rəyi, telefon danışıq protokolları və digər maddi subut kimi qəbul edilməməsi, şadidlərin məhkəməyə çağrılmaması, kamera görüntülərinin gizlədilməsi, 96 vərəq telofon danışıqlarının əlavə edilməməsi bir növ məhkəmələrin qərəzli olmasını subut edir.

İbtidai istintaqda və birinci instansiya məhkəməsində ümumilikdə dindirilən 29 nəfər şahidlərin ifadələri onun lehinə olub, ifadələrin doğruluğunu təsdiq edib. Lakin Bakı Ağır Cinayyətlər Məhkəməsinin 22.04.2016-ci il tarixli hökmünün təsviri hissəsində qeyd olunan şahidlərin ifadələrinə istinad edilsə də, sonda qiymət verilməyib. Nəticədə, Bakı Ağır Cinayyətlər Məhkəməsi heç bir şahidin ifadəsinə əsaslanmadan, subyektiv qərar çıxarıb. Dindirilən şahidlərdən heç birinin Z.Tərlanovu müdafiə edən ifadələri məhkəmə kollegiyası hökmə əlavə etməyib.

”Dəniz” kafesində hadisənin baş verdiyi əraziyə qədər olan marşurut üzrə müşahidə kameralarının görüntüləri gizlədilib. 08/01/2015 tarixində hadisə zamanı onun qaçmaq imkanı məhdudlaşdırılmış yolu kəsən arxa tərəfdə dayanan ağ rəngli ”Toyata Prado”avtomobili və qarşı sağ tərəfdə dayanan qara rəngili ”Mercedes”avtomobili və həmin maşınlarda olan şəxslərin Cavid Rəhimovla münasibətləri,həmin an Rəhimov qardaşları tərəfindən gizlədilmişdir. Mərhum Rəhimov Cavidə məxsus (050)516 86 86 və digər (051)770 35 68 nömrəsindən çıxarışlarda onun Zaur Tərlanovla dosluq münasibətində olan şəxsləri axtarıb,onları təhdid edib.

Bizim tələbimiz odur ki, Zaur Tərlanov və onun ailə üzvülərinə qarşı mütamadi davam edən qanunsuz və əxlaqa zidd nalayiq hərəkətləri və onu öldürəcəkləri barədə hədələməsinin, psixoloji təzyiqi altında dəniz kənarına aparıb öldürəcəklərinin real təsiri ilə zəruri müdafiə həddini aşmaqla törətmişdir. Hesab edirik ki, bütün bu halların heç biri nəzərə alınmayıb. Qarşı tərəfin əsassız təyziq və təhdidlərindən məhkəmə və dövlət orqanlarına göstərdiyi təyziqlər səbəbindən bu iş dəqiq araşdırılmır. Sonda təqsirləndirilən şəxsin Zaur Tərlanovun atası ölkənin bütün güc strukturlarından bu işə ədalətli baxılmasını xahiş edib.

Hesab edirəm ki, ölkə başçısı Cənab İlham Əliyev bu işin şəxsən abyektiv araşdırılmasına tapşırıq və göstərişini verəcəkdir. Qarşı tərəf öz gücündən istifadə edir lakin mənim ölkəmizin ali qanunlarına hörmət edən şəxslərə qarşı inamım ölməyib.Bizim ziyali ailəmiz var, elə bir insanla qarşı qarşıya diyanmışıq bunu necə anladım bilmirəm.

Bu gün mən Qaradağ rayonunda kriminal ailə kimi ad çıxaran insanlarla mübarizə aparıram. Belə bir allahsızlıq olmaz namusuna xələl gələn bizim ailəmiz zərərçəkən onların.

Qeyd edək ki, AFN-də bir müddət əvvəl qətlə yetirilən qardaşların anası Niyar Rəhimovanın şikayəti də dərc edilib. Həmin yazı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

İki oğlu qadın üstə güllələnən anadan üsyan: “Zaur Tərlanova ömürlük həbs verilsin”-Video




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu