Azərbaycanlı psixoloq-müğənni məhkəmə zalında həbs edilib- FOTOLAR


Azərbaycanlı psixoloq-müğənni məhkəmə zalında həbs edilib-


Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Suraxanı rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunan Nurlan Kərimov 2 il azadlıqdan məhrum edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs olunub. Məhkum Şüvəlan istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Elnur Nuriyev keçmiş arvadı Aygün Əmiraslanovanın şikayəti əsasında tutulub. O, illərdir uşaqlarına 16 min manatlıq aliment borcunu ödəməkdən yayınıb.

Məhkəmə borcun ödənilməsi ilə bağlı qərar qəbul etsə də, Nurlan Kərimov məhkəmə qərarını icra etməkdən boyun qaçırıb.

Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qərarına əsasən Nurlan Kərimov Aygün Əmiraslanovanın xeyrinə hər ay 416 manat aliment pulu ödəməli imiş.

Aygün Əmiraslanova alimentin ödənilməməsinə etiraz olaraq 2016-cı ilin sentyabrında intihara cəhd etmişdi.

Nurlan Kərimov psixoloq İlham Mirzəyevin dostu kimi də mətbuatda tanınıb. (teleqraf.com)

Azərbaycanlı psixoloq-müğənni məhkəmə zalında həbs edilib-
Azərbaycanlı psixoloq-müğənni məhkəmə zalında həbs edilib-
Azərbaycanlı psixoloq-müğənni məhkəmə zalında həbs edilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu