"Araz” marketin işçisini öldürən şəxsə hökm oxunub


"Araz” marketin işçisini öldürən şəxsə hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Elnur Salmanov müdafiə çıxışı edib. O, müvəkkilinin ittiham olunduğu 221.3-cü maddəsinə bəraət verilməsini, 120.2.2 və 120.2.4-cü maddələrinin isə 120.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Təqsirləndirilən S.Əliyev son sözündə peşman olduğunu söyləyib.

Məhkəmənin hökmü ilə S.Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. S.Əliyev həmin ərazidə yerləşən "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlayıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu