Prokurorluğa yazılan məktub, müəmmalı qətl, davam edən TƏHDİDLƏR...-ŞİKAYƏT

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 12:14    |    Xəbər oxunub: 584 dəfə
Prokurorluğa yazılan məktub, müəmmalı qətl,


Gülnarə Həbibova: “Anamız Nəcimə Babayevanın qətlinin üstünü açacağını gözləyir, bunun üçün prokurorluq orqanlarında kifayət qədər təcrübəli kadrların varlığından xəbərdarıq”

Xaçmazda məşhur iş adamı, “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın 9 ildir açılmayan qətli haqda yazmışdıq. 2010-cu il sentyabr ayının 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcibə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi tapılmayıb. Mərhum iş adamının ailə üzvləri hazırda da böyük bir təhlükə qarşısında qaldıqlarını bildirirlər. N.Babayevanın qızı Gülnarə Həbibova ölkə başçısına və Baş Prokurorluğa müraciət ünvanladıqlarını, anasının qatilinin tapılmasını və ailəyə qarşı davam edən təzyiq-təhdid kampaniyasının durdulmasını xahiş etdiklərini açıqlayıb.
Gülnarə Həbibova deyir ki, anasının qətlindən sonra onlara qarşı təxribatlar bir müddət ara versə də, son 2 ildə yenidən ən sərt şəkildə bərpa olunub. Onları təxribata çəkmək, qanunsuz olaraq məhkum etməyə cəhdlər göstərilir. Zərərçəkən deyir ki, onlara qarşı kampaniya anasının qətlindən əvvəl başlanıb, ara-sıra səngisə də, bu gün daha şiddətli şəkildə davam etdirilməkdədir: "Anamın qətlindən 3 il əvvəl və qətldən sonrakı 6 il ərzində bazarın əlimzindən alınması üçün addımlar atılıb. Bizim ailə anamızın qətlində kimlərin əlinin olmasını bilirik. Sifarişçinin, killerin kimliyini haqda məlumatlıyıq. Azərbaycan prokurorluq orqanlarının anamız Nəcimə Babayevanın qətlinin üstünü açacağını gözləyir, bunun üçün prokurorluq orqanlarında kifayət qədər təcrübəli kadrların varlığından xəbərdarıq. Anam yaşadığı evdə vəhşicəsinə qətlə yetiriləndən sonra Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırıldı. Məhkəmə tibb ekspertizası rəy verib ki, Nəcimə Babayeva boğazı kəsilərək qətlə yetirilib. O hadisədən əvvəl Xaçmaz Rayon İcra hakimiyyəti başçısının birinci müavini, hazırda Xudat şəhər icra nümayəndəsi vəzifəsində çalışan Akif Mərdanov Xaçmaz rayon prokuroru işləmiş Rasim Məlikova məktub yazmışdı. Akif Mərdanov prokurora bizim bazardakı vəziyyət haqda “son 3 ildə şəhərdə aparılan tikinti abadlıq işlərinə” yaraşdırmadığını yazırdı və Nəcimə Babayevanı öz vəzifə səlahiyyətlərini aşmaqda ittiham edirdi.
Həmçinin şikayət ərizəsində prokurordan xahiş edirdi ki, qısa müddət ərzində, “çirkab içində boğulan” ticarət mərkəzinin fəaliyyəti dayandırılsın, Nəcimə Babayevə öz “qanunsuz əməllərinə” görə cəzalandırılsın və əvəzində isə bazarın ərazisində Xaçmazın bu günki “simasına” uyğun ticarət mərkəzi yaradılsın... Əslində isə onun yazdıqları cəfəngiyat idi və bazarın anamın əlindən alınması planına uyğun məktub idi. Anamı həmin məktubla bağlı da çox incitdilər. O vaxt anam Akif Mərdanovun məktubunun surətini prokurordan istəmişdi. Amma prokuror məktubu verməkdən imtina etmişdi. Sonradan anam həmin məktubun üzünü köçürüb götürmüşdü".
Şikayətçi Akif Mərdanovun məktubunu da redaksiyaya təqdim edib. Məktubun tam mətni aşağıdakı kimidir:
"Xaçmaz rayon prokuroru cənab Rasim Məlikova, Xaçmaz şəhəri, Gənclik küçəsi, 34 saylı evdə yaşayan Mərdanov Akif Teyfur oğlu tərəfindən ərizə.
Həmin ərizəmlə yazıb sizə bildirirəm ki, son illər Respublikamızın hər yerində olduğu kimi Xaçmaz rayonunda da geniş miqyaslı tikinti quruculuq və abadlıq işləri aparılır. Son 3 il ərzində görülmış işlərin nəticəsidir ki, bu gün Xaçmaz rayonuna gələn hər bir qonaq şəhərimizin gözəlliyinə heyran olur.
Demək olar ki, şəhərin bütün ərazisində yenidənqurma, səliqə-səhman yaradılır. Lakin çox təəssüflər olsun ki, bu gün Xaçmaz şəhər Mərkəzində 1 hektara yaxın ərazidə fəaliyyət göstərən, çirkab və üfunət içində boğulan “Arzu” Özəl Ticarət Mərkəzi, Xaçmaz şəhərinin gözəlliyinə xələl gətirir. Cənab prezidentimizin rəhbərliyi ilə respublikamızda sahibkarlığın inkişafı üçün geniş şərait yaradılıb. Əvvəllər kolxoz bazarı kimi fəaliyyət göstərmiş, sonradan N.Babayeva adlı bir şəxs tərəfindən əmlakı özəlləşdirilərək “Arzu” ÖTM yaradılanda. Hər birimiz inanırdıq ki, ərazidə gözəl bir ticarət mərkəzi yaradılacaq, xaçmazlılar Ticarət Mərkəzinin xidmətindən istifadə edəcəklər. Lakin xaçmazlılar yanılıblar.
Ticarət Mərkəzində lentə aldığım fotoşəkilləri sizə təqdim edirəm. Diqqətlə baxın: N.Babayevanın rəhbərliyi ilə ticarət mərkəzində özbaşınalıq yaradılmışdır ki. Gün ərzində 900 nəfərdən çox xırda ticarətlə məşğul olan vətəndaşlardan heç bir əsas olmadan 1 manat məbləğində, məcburi qaydada mərkəzin direktoru Nəcimə Babayevanın göstərişinə əsasən pul yığılır. N.Babayeva öz vəzifəsindən sui-istifadə edərək piştaxtaların ölçüsündən asılı olaraq, hər ayın sonunda hər bir satıcıdan 30 manatdan, 200 manata kimi pul alır. N.Babayevanın özbaşınalığı o həddə çatıb ki, hətta ticarət mərkəzinə aid olmayan kooperativlər cəmiyyətinə məxsus köşklərə də məcburi qaydada, onun qoyduğu qanun tətbiq olunur. Ümumiyyətlə ticarət mərkəzində və ona yaxın ərazilərdə onun tətbiq etdiyi bu qanuna əməl etməyəni məcburi qaydada ya ticarət mərkəzindən qovur, ya da ki, N.Babayevanın heç bir əsası olmayan təhqirlərinə və böhtanlarına məruz qalır.
Cənab prokuror! Əgər N.Babayeva öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək işlədiyi dövr ərzində zor gücünə topladığı vəsaitin 10 faizini ticarət mərkəzinin abadlığına sərf etsəydi, bu gün o ərazidə belə bir biabırçı vəziyyət alınmazdı. Yaranmış vəziyyətdən bəlli olur ki, toplanmış vəsait mərkəzin kassasına daxil edilmir, N.Babayeva tərəfindən mənimsənilir.
N.Babayeva işlədiyi dövr ərzində, öz vəzifə səlahiyyətlərindən istifadə edərək. O qədər var-dövlət sahibi olub ki, artıq hər yerdə bəyan edir ki, “mən heç bir qanun tanımıram”, “heç kəsdən qorxmuram, çəkinmirəm.” əgər N.Babayeva bu gün Azərbaycan Respublikasında mövcud olan qanunlara hörmətlə yanaşsaydı, “Arzu” ÖTM-də özünün icad etdiyi “üzdəniraq” qanunlarını tətbiq etməzdi. N.Babayeva özünü şairə adlandırır. Yaxşı olardı ki, N.Babayeva “Arzu” ÖTM-nin dırnaqarası gözəlliyinə həsr olunmuş şer bəstələrdi. Bu gün əhali arasında gəzən söz-söhbətdən mənə məlum olur ki, N.Babayevanın əsas məqsədi rayon rəhbərliyinin ünvanına yazdığı qərəzli və üzdəniraq böhtanları, Xaçmaz rayon icra başçısı, hörmətli Şəmsəddin müəllimin son illər Xaçmazda Xaçmazlılar üçün gördüyü əvəzsiz işlərə kölgə salmaqdır. Ancaq o yanılıbdır. Xaçmaz bundan sonra da hörmətli Şəmsəddin müəllimin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir və abadlaşacaqdır. Cənab prokuror! Bu gün Xaçmaz şəhərində belə bir biabırçı Ticarət Mərkəzinin fəaliyyət göstərməsi Xaçmazlılara təhqirdir. Bütün Xaçmazlılar çox istərdi ki, qısa müddət ərzində “çirkab içində” boğulan ticarət mərkəzinin fəaliyyəti dayandırılsın. əvəzində isə Xaçmazın bu günki simasına uyğun ticarət mərkəzi yaradılsın. Sizdən artıq dərəcədə xahiş edirəm ki, öz vəzifə səlahiyyətlərini aşmış N.Babayevanın rəhbərlik etdiyi “Arzu” ÖTM-də baş verən qanunsuzluqların araşdırılması üçün aidiyatı təşkilatlar üzrə mütəxəssislərdən ibarət komissiya yaradılsın və komissiyanın işində mənim iştirakım təmin edilsin.
Əvvəlcədən təşəkkür edirəm!”
Gülnarə Həbibova deyir ki, belə cəfəngiyyat məktublarla bağlı o dövrdə anasına qarşı olduqca aqressiv münasibət sərgilənib. Onun bazarı rayon rəhbərliyinə yaxın şəxslərə təhvil verməsi üçün Nəcimə Babayeva öldürülən günə qədər ən sərt şəkildə təzyiqlər göstərilib. Anası öldürləndən sonra həmin təzyiqlər az bir müddət səngisə də, bu günə qədər davam edir. Ona görə də Nəcimə Babayevanın ailəsi ölkə başçısından, hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyirlər.
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Prokurorluğa yazılan məktub, müəmmalı qətl,

Prokurorluğa yazılan məktub, müəmmalı qətl,

Prokurorluğa yazılan məktub, müəmmalı qətl,





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur