Bakıda 49 yaşlı kişi itkin düşüb - FOTO


Bakı şəhərində 49 yaşlı kişi itkin düşüb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Zabrat qəsəbə sakini, 1966-cı il təvəllüdlü Cəfərov İlqar Tahir oğlu mayın 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Qohumları İ. Cəfərovun itkin düşməsi barədə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə məlumat veriblər. Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qohumları İ. Cəfərovun fotosunu da APA-ya təqdim edib. Onu görənlərdən (051) 932 41 21, (055) 288 72 56 və (070) 570 38 25 nömrəli telefonlara zəng etmələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu