Dövlət Komitəsinin keçmiş sektor müdiri barəsində cinayət işi başlanılıb


Dövlət Komitəsinin keçmiş sektor müdiri barəsində cinayət işi başlanılıb


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.



AFN "Report"a istinadən xəbər verir ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.

B.Novruzov və Ş Məmmədovun cinayət işinin ibtidai istintaqı prokurorluqda araşdırılaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib və aprelin 23-də məhkəmənin hazırlıq iclası başlayacaq.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmri ilə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu