Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktorunun məhkəməsi başlayır


Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktorunun məhkəməsi başlayır


Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə başlayır.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılır.

İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.

Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu