Zəhra Bağırzadəni oğurlayan qadın danışdı


Zəhra Bağırzadəni oğurlayan qadın danışdı


Bakının Sabunçu qəsəbəsində üç yaşlı Zəhra Bağırzadəni oğurlamaqda ittiham olunan 39 yaşlı Masallı rayon sakini Təzəgül Nəzərova istintaqa ifadə verib.



AFN xəbər verir ki, bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.

O, ifadəsində uşağı oğurlamadığını, bunu ayrı adamın etdiyini deyib.

Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş Z.Bağırzadə iyunun 6-da paytaxtın Nizami rayonu ərazisində tapılıb.

Qeyd edək ki, Zəhranın valideyni Rəsul Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

Uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib.

Hadisənin təfərrüatı və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu