Arvadı haqqında çirkin şayiə yayanı başından güllələdi - QƏTLİN TƏFƏRRÜATI


Arvadı haqqında çirkin şayiə yayanı başından güllələdi -


Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.



AFN xəbər verir ki, oxu.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Mübariz Budaqlıya atəşi Taleh Cəlaov açıb.

Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəl o, avtomobilin ön şüşəsinə atəş açıb, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi ilə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət isə 2011-ci ildə meydana gəlib. Səbəb isə M.Budaqlı və digər iki nəfərin T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayması olub.

Söz-söhbətləri eşidən Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin Budaqlı onun qəzəbinən yan keçə bilib.

Bu arada, qətl qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs, iyunun yeddisində M.Qubadlı ilə avtotəmir yerində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.

Qeyd edək ki, qətldən dərhal sonra, bu hadisənin digər kriminal avtoritet, qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair fərziyyələr və söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş verən kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.

Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsinin ərazisində, "Favorit" supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid "Mercedes" markalı avtomobilə atəş açılıb. Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıb.

Adı çəkilən şəxslər 10-GD-021 dövlət nömrə nişanlı "BMW X5" markalı avtomobildə hadisə yerindən qaçmaq istəyib

Arvadı haqqında çirkin şayiə yayanı başından güllələdi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu