Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə


Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-


Tovuzda qeyri-rəsmi münasibətdə olduğu qadını diri-diri yandırmaqda təqsirləndirilən Əflatun Məhərrəm oğlu Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, hadisə bu il yanvarın 15-də Tovuzda baş verib. 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb. Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə cinayət işi başlanıb.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu