Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? - Müəmmalı CAVAB

Xəbərin çap versiyası
Tarix: 18-06-2019, 21:07    |    Xəbər oxunub: 572 dəfə
Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -


Ceyhun Əsgərov (Ceyhun Gəncinski) 1975-ci il dekabrın 9-da Gəncə şəhərində dünyaya gəlib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Ceyhunun uşaqlıq illərindən cinayətkar aləmə meyl etməsi tam aydınlığı ilə hiss edilirdi. Hələ gənc yaşlarında artıq Əsgərov “cinayətkar” sayılırdı. Hər zaman çalışırdı ki, nüfuzlu oğruların əhatəsində olsun... Zaman keçdikcə Ceyhun addım-addım məqsədinə yaxınlaşırdı...
Tezliklə o, azərbaycanlı oğruların arasında nüfuz qazanır. Oğru dünyasında silsilə cinayətlər etməklə məşhurlaşırdı. Əldə etdiyi qazancı həbsdə olan dostlara çatdırır, onlara dəstək verirdi.
O, qanuni oğruların mənafelərini müdafiə etmək üçün çox çalışırdı. Onun məhz bu addımı “içəridəki”lərin diqqətini çəkirdi. Uzun müddət həbs yatan qanuni oğrulardan bibri - Nadir Səlifov ("Lotu Quli") “içəri”də olmasına baxmayaraq, demək olar ki, bayırdakı bütün qrupları nəzarətdə saxlayırdı. Beləliklə, Əsgərov Nadirin əhatəsinə düşə bilir...
İllər ötür, “tapşırıq”lar... Ceyhun hər mənada özünü doğruldurdu...
Oğruların uzun zamandır gözlənilən an yetişdi - 28 avqust 2014-cü il.
Oğrular həmin gün Türkiyənin Antalya şəhərinə toplanmışdılar. Tədbiri "Lotu Quli"nin qardaşı Namiq Səlifov təşkil etmişdi. Həmin gün eyni zamanda qardaşının doğum günü idi. İnternet üzərindən həbsxanalardan “Skype”la təbriklər gəlirdi, canlı bağlantılar biri-birini əvəzləyirdi. Yığıncaqda Ceyhun Əsgərovla yanaşı, Rafət Əmirova (Rafət Əlibayramski) da qanuni oğru adını verdilər.
Ceyhun Əsgərova inam hədsiz idi. O, çox məclislərə dəvət alırdı. Ulan Toktosunovun (Sakal) “tacqoyma”sında da iştirak etmişdi...
Ceyhun doğma şəhərinə - Gəncəyə qanuni oğru kimi döndü. Lakin bu titulu yarım il əlində saxlaya bildi.
İspan həbsxanasından sərbəst buraxılan və Moskvaya qayıdan qanuni oğru Zaxari Kalaşov (Şakro Maladoy) bir neçə “ad”ları ləğv etdi. Ən nüfuzlu oğrular Şakro ilə danışıqlara getdi, onlardan bir neçəsini bərpa etdirə bildilər, yalnız Ceyhundan savayı...
Mənbənin verdiyi məlumata görə, hətta "Lotu Quli" də Ceyhunun “ad”ını saxlatdıra bilmədi.
Zaman keçdi, Ceyhun Əsgərov "anti-Guli" koalisiyasına qoşuldu. Bu addımın hansı zərurətdən doğduğu hələ də çoxlarını düşündürür...
Bu sırada onunla Hacı Beylaqansky, Rafiq Masallinski, Rüfət Gəncinski və digərləri də vardı.
Onlar yaxşı anlayırdılar ki, Lotu Guliyə qarşı getmək o qədər də asan deyil. Avropanın az qala yarısını nəzarət altında saxlayan Merab Sukumsky və Laşa Şuşanaşvili kimi nüfuzlu ismlər Qulini öz sıralarında görmək istəyirdilər.
Belə bu səbəbdən də anti-Guli düşərgəsi Səlifova qarşı getməzdən öncə mövqelərini gücləndirməyə qərar verdilər. Onlar Nadir Səlifov klanına qarşı çıxa biləcək yeganə “Güc”dən dəstək tapdılar. Bu, daha əvvəl Rövşən Canıyevin (Rövşən Lənkəranski) qrupunun bir hissəsi olan sxumi oğruları idi. Onlar Lotu Guli ilə “müharibə”yə başladılar, nəticədə Caniyev, 2016-cı il avqustun 18-də İstanbulda öldürüldü. Təbii ki, bu hadisə ehtimal kimi irəli sürülür.
İki cəbhə arasında ziddiyyətlər daha da kəskinləşməkdədir. Rusiya, Azərbaycan, Türkiyə və Avropa ölkələrində Səlifova bağlı iş adamlarına, onların nəzarətində olan istiqamətlərə hücumlar bu gün də davam etməkdədir. Lotu Guli tərəfdarları təzyiq altında qalır, həbs edilir, bəzən də döyülürlər. Bəzi hallarda silahlar da işə düşür.
Bu ilin yazında rəqibləri hətta Səlifovun özünə “narazılıq”larını çatdırıb. Mənbənin dediyinə görə, ən pis düşmən olsalar da, internet vasitəsi ilə Guli ilə əlaqə saxlayaraq, onu bir sıra məsələlərin çözülməsi üçün görüşə dəvət ediblər.

Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -
Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -
Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -
Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -
Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -
Ceyhun Gəncinski niyə Lotu Quliyə qarşı çıxdı? -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur