Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı


Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı


Ötən gün Sumqayıt şəhərində polis əməkdaşının meyitinin tapılması faktı ilə bağı cinayət işi başlanıb.



AFN APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, 1995-ci il təvəllüdlü Rəhman Hüseynlinin xidməti otağında meyiti tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib. Fakt üzrə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu