5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq


5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Faiq Məmmədov və Fuad Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olub.

İttihama görə, bina tikintisi və təchizat işləri ilə məşğul olan şirkətin vəzifəli şəxsləri ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon dollar dəyərində dələduzluq ediblər. (Virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu