Sabunçuda silah gəzdirən şəxs saxlanılıb - FOTOLAR


Sabunçuda silah gəzdirən şəxs saxlanılıb -


Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.



BŞBPİ-dən verilən məlumatda bildirlir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Sabunçuda silah gəzdirən şəxs saxlanılıb -
Sabunçuda silah gəzdirən şəxs saxlanılıb -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu