Bakıda qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxs saxlanıb


Bakıda qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxs saxlanıb


Bakı şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.



Baş İdarəyə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs, paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Həsənov tutularaq Baş İdarəyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” markalı silah, ona məxsus daraq və 7 ədəd patron aşkar olunaraq göyütülüb.

Saxlanan şəxs ifadəsində odlu silah-sursatı tapdığını və polisə könüllü təhvil vermək əvəzinə üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

---------------------------------------------------------------------------------------

Fiziki Server

29.99 ₼ -dan başlayan qiymətlərlə

* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu