Bakıda liftdə dəhşətli olay: uşağını xilas etdi, özü öldü


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə verib.

Lent.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında Səbayel rayonu, Bayıl yaşayış sahəsi, İ. Məmmədov küçəsi 2 «a» ünvanında yerləşən 14 mərtəbəli binanın 28-ci mənzilində yaşayan 1975-ci ildə anadan olmuş Mustafayev Elmar Davud oğlu övladı ilə birgə yaşadığı binanın 3-cü mərtəbəsində liftdə olarkən nasazlıq yaranıb. O, qapını açaraq əvvəlcə azyaşlı uşağını liftdən çıxarıb, daha sonra liftdən çıxmağa cəhd edərkən lift hərəkətə gəlib və E.Mustafayevin başı qapının arasında qalıb. 40 yaşlı kişi hadisə yerindəcə keçinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu