Azərbaycanlını öz kafesində güllələyib öldürdülər


Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla gürcülər arasında atışma olub.

Rusiya KİV-lərinin verdiyi xəbərə görə, atışma fevralın 1-də saat 16 radələrində “Qurman” kafesində baş verib.

Xəbər verilir ki, şəxsi düşmənçilik zəminində yaranan mübahisə zamanı odlu silahdan istifadə olunmaqla kafenin azərbaycanlı direktoru ilə Gürcüstan sakini və digər şəxslər arasında atışma olub.

Aldığı güllə yarasından kafenin direktoru xəstəxanada, gürcü isə yerindəcə keçinib. Hüquq-mühafizə orqanları insidentin bütün iştirakçılarının tapılıb məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparır. Ölənlərin ad-soyadları barədə məlumat verilmir (musavat.com).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu