Arvadını öldürən polisin cəzası yüngülləşdi



Bakı Apelyasiya Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Dilavər Əhmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, D.Əhmədovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, D. Əhmədov həyat yoldaşı Gövhər Əhmədovanı mübahisə zəminində boğaraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dilavər Əhmədov apelyasiya şikayəti verib.

Onu da qeyd edək ki, Dilavər Əhmədov əvvəllər polis nəfəri vəzifəsində işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu