Tovuzda yandırılaraq öldürülən 10 yaşılı Nərminin istintaqından niyə xəbər yoxdur?


Tovuzda yandırılaraq öldürülən 10 yaşılı Nərminin istintaqından niyə xəbər yoxdur?


"Bu günə kimi aparılan istintaq prosesində tutarlı bir dəlil, mötəbər sübut tapılmayıb”.



Bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmini oğurlayıb öldürməkdə, daha sonra meyiti yandırmaqda ittiham edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.

Vəkil bildirib ki, İlkin Süleymanova qarşı qaldırılan cinayət işi ilə bağlı istintaq davam edir: "İstintaq davam edir. Hələ ittihamlar sübut olunmalıdır”.

Əlibaba Rzayev bildirib ki, İlkin Süleymanov hələ ailəsi ilə görüşməyib: "İlkin ailəsi ilə telefon əlaqəsi saxlayır. Qanunvericilik buna imkan verir. Amma hələ ailəsi ilə görüşməyib, bunun da səbəbi pandemiyadır. Bilirsiniz ki, dustaqlara ailəsi ilə görüşməyə qadağalar var. Yəqin ki, pandemiya başa çatsa, qadağalar aradan götürüləcək. İlkin məsələsi daima gündəmdədir. Sadəcə olaraq, proseslər elə gətirdi ki, istintaq pandemiya ərəfəsinə düşdü. Buna görə cinayət işi ilə bağlı bir az informasiyalar az gedir, amma yəqin ki, sizdən sonra jurnalistlər bunu diqqətdə saxlayacaq”.

Əlibaba Rzayev qeyd edib ki, iyunun 3-də İlkin Süleymanova qarşı törədilmiş qanunsuz hərəkətlərlə bağlı məhkəmə prosesi keçirilib: "Biz məlumatlar yaymışdıq. Bununla bağlı Respublika Prokurorluğu araşdırma aparıb və hesab edib ki, məlumatlar doğru deyil və cinayət işi qaldırmaqdan imtina qərarı verib. Biz də ondan şikayət vermişdik. Və məhkəmə bizim şikayətimizi təmin etmədi. Bu, sırf işgəncə faktları ilə bağlı idi. İndi İlkinin səhhəti normaldır. Sağlamlığı yerindədir. Bakı İstintaq Təcridxanasına gətiriləndən sonra ona münasibət normaldır. İşgəncə əsasında alınan ifadəyə görə, onu həbs ediblər. Sonradan dedi ki, "o ifadə məndən işgəncə altında alınıb. Mənim o cinayətlə əlaqəm yoxdur. İşgəncələrə dözməyərək belə bir ifadə vermişəm”. İndi bu qərardan şikayət edəcəyik”.

Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu