Gəncədə yaşayış binasına partlayış olub, bir nəfər yanıb


Gəncə şəhərində yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin yeni Gəncə qəsəbəsində 8 mərtəbəli binanın 8-ci mərtəbəsində, mənzil 79-da - Xalid Həsənova məxsus 4 otaqlı evdə baş verib. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Mənzildə baş verən partlayış zamanı orada işləyən usta ağır yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu