Bakıda narkotik əməliyyatları: 3 nəfər saxlanıldı


 Bakıda narkotik əməliyyatları: 3 nəfər saxlanıldı


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb.



AFN Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirib. Əməliyyat tədbiri nəticəsində ondan çəkisi 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyatı ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərova Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 605 qram heroin, 40 qram metamfetamin və elektron tərəzi aşkar edilib götürülüb.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əsədzadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 274 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu