Rusiyada kafedə öldürülənlərin ikisi də azərbaycanlıymış


Rusiyanın Sankt Peterburq şəhərində kafedə baş verən atışmada ölənlərin hər ikisinin azərbaycanlı olduğu üzə çıxıb.

APA-nın Rusiya bürosunun “konkretno.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 1-də Sankt-Peterburqun Poqraniçnik Qarkavov küçəsində yerləşən "Qurman" kafesində baş verib.

Kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə zamanı travmatik silahdan açılan atəş nəticəsində iki azərbaycanlı öldürülüb.

Gürcüstan Respublikası Marneuli rayonunun sakini, 29 yaşlı Vüsal Əfəndiyev hadisə yerində keçinib.

Kafenin sahibi olan digər azərbaycanlı 46 yaşlı Azərbaycan vətəndaşı Nazim Səmədov isə xəstəxanada ölüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən 30 metr aralıda, İvanovka çayının sahilində polis əməkdaşları qan izləri olan salfet və 6 ədəd patronla İJ -79-9 travmatik silah aşkar ediblər.

Bundan başqa, kafenin sahibi Nazim Səmədovun avtomobilindən “Sayqa” karabin tüfəngi aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu