Bakıda qadının qızıl boyunbağısını ələ keçirən şəxs saxlanıldı


Bakıda soyğunçuluq hadisəsi baş verib.


Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cari ilin oktyabr ayında qeydə alınan soyğunçuluq hadisəsini törədən şəxs saxlanılıb. Əməliyyat zamanı soyğunçuluq etməkdə şübhəli bilinən Elman Verdiyev tutularaq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, E.Verdiyev hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan bir qadının dəyəri 1 000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək hadisə yerindən qaçıb. Saxlanılan şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edərək taladığı boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını qeyd edib.

E.Verdiyev barəsində 5-ci Polis Bölməsində toplanan materialları Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu