AFN.AZ / Vəkillər bəraət istədilər

Vəkillər bəraət istədilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları baş tutub.

Təqsirləndirilənlər – Binəqədi rayon icra hakimiyyətinin şönə müdiri Ədalət Rəcəbov, “JEK” rəisi Nizami Orucov və “GlobalStone” MMC-nin baş direktoru Uğur Bəşirovun vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmü verilməsini istəyiblər.

Məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək. (qafqazinfo.az)
10-01-2017, 16:06
Geri qayıt