AFN.AZ / Keçmiş millət vəkilinin bağından cəsəd tapıldı

Keçmiş millət vəkilinin bağından cəsəd tapıldı




Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib.

Onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. O ürək çatışmamazlığından vəfat edib.

***

“Qafqazinfo”nun özəl olaraq əldə etdiyi məlumata görə, bağbanın vəfat etdiyi bağ keçmiş millət vəkili Ərəstun Cavadova məxsus olub.
13-06-2017, 15:59
Geri qayıt