AFN.AZ / Qəbələdə istirahət mərkəzinin işçisi özünü asaraq intihar edib

Qəbələdə istirahət mərkəzinin işçisi özünü asaraq intihar edib




Qəbələ şəhərində yerləşən istirahət mərkəzlərinin birində intihar hadisəsi baş verib.



Oradakı "Xanlar" istirahət mərkəzində işləyən Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Mahir oğlu Mahmudov istirahət mərkəzinin arxasında yerləşən yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (virtualaz.org)
9-08-2017, 11:50
Geri qayıt