AFN.AZ / Bakıda 48 yaşlı kişi intihar edib

Bakıda 48 yaşlı kişi intihar edib



Bakıda intihar hadisəsi baş verib.



"Report"un məlumatına görə, hadisə şəhərin Xətai rayonunda qeydə alınıb
Belə ki, paytaxt sakini 1969-cu il təvəllüdlü Ceyhun Behbud oğlu Əliyev özünü yaşadığı evdə asaraq intihar edib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
25-09-2017, 11:19
Geri qayıt