AFN.AZ / Bakıdakı ali məktəblərdə terror törətmək istəyən şəxsə cəza verildi

Bakıdakı ali məktəblərdə terror törətmək istəyən şəxsə cəza verildi

Bakıdakı ali məktəblərdə terror törətmək istəyən şəxsə cəza verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.



Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər.

Dəstə üzvləri şimal zonasında olan şərab mağazalarına, lombardlara hücum etməyi planlaşdırıblar. Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə sonradan həbs edilib. (virtualaz.org)
6-10-2017, 17:51
Geri qayıt