AFN.AZ / Biləcəridə qatardan qaçan məhkumların kimliyi məlum olub-

Biləcəridə qatardan qaçan məhkumların kimliyi məlum olub-

Biləcəridə qatardan qaçan məhkumların kimliyi məlum olub-


Bakıda qaçan məhbusların adları məlum olub.



Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

***

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

APA-nın xəbərinə görə, həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.
23-10-2017, 10:35
Geri qayıt