AFN.AZ / Gəncədəki silahlı insidentin detalları:

Gəncədəki silahlı insidentin detalları:

Gəncədəki silahlı insidentin detalları:


Bir neçə gün əvvəl Gəncədə kriminal avtoritetlərin qarşıdurması ilə bağlı məlumat yayılmışdı.

AFN xatırladır ki, məlumatda Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışma kimi təqdim olunan insidentin videogörüntüləri də yayılıb.

İnsidentdə iştirak edən və videogörüntülərdə görünən Tural Əliyevin atası Elçin Əliyev redaksiyamızla əlaqə saxlayaraq övladının haqsız yerə həbs olunduğunu bildirib. Onun sözlərinə görə, videogörüntülərdən də aydın olduğu kimi, oğlu özünümüdafiə cəhdləri etməklə bərabər, insidentdə insan ölümünün olmaması üçün ciddi cəhdlər edib: "Yayılan videonun 10-38-ci saniyələrində də açıq-aydın görünür ki, Tural əlində tapança olan şəxslə əlbəyaxa döyüşərək onu zərərsizləşdirir. Mənim oğlumun cəldliyi olmasaydı, orada ən azı bir neçə insan ölümü olacaqdı, o qoymayıb tapançadan atəş açmağa. O biri hücum edənin əlində isə qundağı kəsilmiş ov tüfəngi olub, xoşbəxtlikdən o bir neçə dəfə cəhd etsə də, güllə açılmayıb. Lakin sonradan kənardan atəş açıb, onda da güllə kənara dəyib. Videodan da görünür, insidentdən həyəcanlanan insanlar qaçır, Tural əlindən yaralandığı və qan itirdiyi üçün halsız halda kresloda söykənir, Dadoşla o biri tüfəngli şəxs girir içəri və oğlumu öldürmək istəyirlər, bu zaman camaat yenidən içəri girdiyi üçün qaçmağa məcbur olurlar".

Gəncədəki silahlı insidentin detalları:


Tural Əliyev

Atanın sözlərinə görə, oğlu insidentdə tərəf olan Qurban adlı şəxslə (videoda ağ paltarda oturan şəxs, Tural onun yanında oturandır-red.) uşaqlıq dostudur. Fikir verirsinizsə hadisə zamanı Qurbanın əlində yalnız "baboçka" bıçaq olub, o da özünümüdafiə məqsədilə istifadə edib. Mənim oğlumda heç bir silah olmayıb, o, həmin obyektə hər hansı "razborka"ya getməyib. Kafedə Almaniyadan gələn dostları ilə görüşüblərmiş. Həmin insident baş verəndən sonra təəssüf ki, həmin dostları polisdən gizlənib. Tüfənglə atəş açan şəxs də həmçinin qaçıb. Əlində tapança olan Dadoş ləqəbli keçmiş məhbus, Qurban və Tural həbs edilib. Oğlum bankda işləyirdi, normal həyat tərzi sürür, heç bir kriminal aləmlə əlaqəsi yoxdu. Təzəlikcə nişanlanıb, toyuna hazırlaşırdıq. Onu tanıyan hər kəs oğluma müsbət keyfiyyətlərinə görə hörmət edir".
E.Əliyev qeyd etdi ki, baş verən insident Qurbanın bir neçə il əvvəl həbsdə olarkən tapançadan atəş açan Dadoş ləqəbli adamla arasında yaranan ədavətdən doğub: "Lakin bunun mənim oğlumla heç bir əlaqəsi yoxdur, ola da bilməzdi. Hadisədən dərhal sonra Tural xəstəxanaya gedərək qolundan aldığı yaraya tikiş qoyduraraq özü gedib polisə təslim olub. Bütün bu məqamlar sübut edir ki, Tural günahsızdır".
Qeyd edək ki, T.Əliyev barəsində oktyabrın 28-də Gəncə şəhər Kəpəz rayon məhkəməsində xuliqanlıq maddəsilə iki aylıq həbs qətimkan tədbiri seçilib.



Məsələ ilə bağlı hüquq mühafizə orqanlarından açıqlama alacağıq.
29-10-2017, 23:18
Geri qayıt