AFN.AZ / Quldurluqda ittiham olunan gənc futbolçu məhkəmə zalında həbs edildi

Quldurluqda ittiham olunan gənc futbolçu məhkəmə zalında həbs edildi

Quldurluqda ittiham olunan gənc futbolçu məhkəmə zalında həbs edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim Novruz Kərimov sədrlik edib.



Prosesdə hökm oxunub. Hökmə görə, M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Orxan Atayev 8 il, Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, Binəqədi rayonunun Fatmayi qəsəbəsində üç nəfər şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov saxlanılıblar. İdarəyə gətirilən Məhərrəm, onun qayını Miqdar və tanışı Orxan törətdikləri əməli etiraf ediblər.

M.Məmmədov Bakının "İnter" klubunun futbolçusu olub. (virtualaz.org)
21-11-2017, 16:46
Geri qayıt