AFN.AZ / Prokuror Hacı Qalibin oğluna 4 il cəza istədi

Prokuror Hacı Qalibin oğluna 4 il cəza istədi

Prokuror Hacı Qalibin oğluna 4 il cəza istədi


Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.



AFN-in Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Əlühüseyn Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi dekabrın 20-də davam edəcək.

Qeyd edək ki, Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiam olunur. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
14-12-2017, 16:16
Geri qayıt