AFN.AZ / Abşeron sakini nənəsini qətlə yetirərək qarət edib

Abşeron sakini nənəsini qətlə yetirərək qarət edib

Abşeron sakini nənəsini qətlə yetirərək qarət edib


Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirlikdən bildirildiyinə görə, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

N.Muradov öldürülən qadının nəvəsidir.
10-01-2018, 14:51
Geri qayıt