AFN.AZ / Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 173 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.



DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 22 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
9-04-2018, 09:56
Geri qayıt