AFN.AZ / “AMAY Abdulla”nın işçilərinin məhkəməsi başladı

“AMAY Abdulla”nın işçilərinin məhkəməsi başladı

“AMAY Abdulla”nın işçilərinin məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi başlayıb.



AFN-in qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkillər cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 27-də davam etdiriləcək. Təqsirləndirilən şəxslər həbs edilməyib.

"Xudafərin" MMC-yə "AMAY Abdulla" ləqəbi ilə tanınan Abdulla Abdullayev rəhbərlik edib.
13-04-2018, 11:23
Geri qayıt