AFN.AZ / Bakıda “Barselona”nın oyununa görə qətl törədildi

Bakıda “Barselona”nın oyununa görə qətl törədildi

Bakıda “Barselona”nın oyununa görə qətl törədildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 36 yaşlı Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S.Nəhmətova hökm oxunub. Hökmə görə, Sadiq Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Nəhmətov məhkəməyə verdiyi ifadısində Zahir Hacıağayevi öldürmək niyyəti olmadığını deyib: “Evə gələndə gördüm qapı açıqdı, televizor da yoxdu. Qonşu Gülbəniz televizoru Zahirin apardığını dedi. Zahir əvvəl də məndən televizoru istəmişdi, amma verməmişdim. İkimiz də futbol azarkeşi idik, bir yerdə oturub baxırdıq. Həmin gün də "Barcelona"nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbiləşdim. Sonra öyrəndim ki, televizoru kiməsə satıb. Bıçaq götürüb məhləyə düşdüm. Zahir Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum, televizoru satdığını boynuna almadı. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm".

İttihama görə, 2017-ci ilin noyabr ayında Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində S.Nehmətov tanışı, 52 yaşlı Zahir Hacıağayevi bıçaqlayaraq öldürüb. Z.Hacıağayev əvvəllər məhkum edilib, tüfeyli həyat tərzi sürüb.(virtualaz)
17-04-2018, 16:31
Geri qayıt