AFN.AZ / Ağstafada 63 yaşlı kişi 15 nəfər tərəfindən ölümcül döyülüb

Ağstafada 63 yaşlı kişi 15 nəfər tərəfindən ölümcül döyülüb

Ağstafada 63 yaşlı kişi 15 nəfər tərəfindən ölümcül döyülüb


Ağstafa rayon sakini bir neçə nəfər tərəfindən döyülüb. Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini,1955-ci il təvəllüdlü, Əvəzov Nasir Əsgər oğlu "NİVA" markalı avtomobillə evinə gedən zaman bir qrup şəxs 3 avtomobillə onun qarşısını kəsib. Həmin avtomobillərdən düşən 15 nəfərə yaxın şəxs 63 yaşlı kişini ölümcül döyüblər. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır. (Report)
13-06-2018, 13:27
Geri qayıt