AFN.AZ / Gəncə hadisələrinin iştirakçısı ölkədən qaçarkən tutulub-

Gəncə hadisələrinin iştirakçısı ölkədən qaçarkən tutulub-

Gəncə hadisələrinin iştirakçısı ölkədən qaçarkən tutulub-


Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini davam etdirir.

DSX-dən verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət kəsb edir.

Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

Gəncə hadisələrinin iştirakçısı ölkədən qaçarkən tutulub-
6-08-2018, 15:08
Geri qayıt