AFN.AZ / İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisi belə tutuldu-

İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisi belə tutuldu-

İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisi belə tutuldu-


Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul polisi tərəfindən saxlanılıb.



Etimad İsmayılovu ofisində başından və ürəyindən güllələyərək qətlə yetirən keçmiş polis (90-cı illərdə vəzifədə olub) rəisi və onu müşayiət edən sürücüsü saxlanılıb. Keçmiş polis rəisi Gözəl Dəmirov və sürücüsü Beşiktaşda bir məkanda saat 01:00 radələrində yaxalanıb.

Gözəl Dəmirovun Azərbaycanda bir zamanlar rayon polis rəisi vəzifəsində çalışdığı və adı hallanan bir hadisədən sonra Türkiyəyə qaçdığı deyilir.

Cinayətin təfərrüatları

Dəmirovla İsmayılov birlikdə inşaat işi görüblər. Hər şey qaydasında gedib. Bir müddət sonra isə tərəflər bir-birini fırıldaqda ittiham ediblər. Qətl hadisəsindən bir az öncə də tərəflər ofisdə sözlü dalaşıblar. Onların mübahisəsi getdikcə böyüyüb və tərəflər söyüşə keçiblər. Bu zaman Gözəl Dəmirov əlini belindəki silaha atıb və İsmayılovu öldürüb. Dəmirov ofisə gələn zaman özü ilə silah gətirməsi qətlə öncədən planlaşdırdığı düşüncəsini yaradır.

Xatırladaq ki, Etimad İsmayılov vaxtı ilə Rusiyada 8 il müddətində həbsə də məhkum edilib. Belə ki, Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb.

O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi olub. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb. Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə, Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçib.

Etimad İsmayılov 4 ilə yaxın həbsxanada qalıb. Daha sonra isə azadlığa çıxıb. Azadlığa çıxdıqdan bir müddət sonra isə Türkiyədə fəaliyyətinə davam edən jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurub. Beləcə Türkiyədə yaşamağa başlayıb və orada biznes qurub. Cütlüyün İlyas adlı 4 yaşlı oğulları da var.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta “Fənərbağça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.



Mənbə: Minval.info
20-09-2018, 18:21
Geri qayıt