AFN.AZ / Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs həbs olunub

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs həbs olunub

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs həbs olunub


Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.



Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
16-05-2019, 13:24
Geri qayıt