AFN.AZ / “Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı


Yekatirinburqa və Tagilə “nəzarət edən” Karo ləqəbli “qanuni oğru” Koroğlu Məmmədov azadlığa çıxıb.



Reyting.az Rusiya mediasına istinsadən bildirir ki, o, Nijni Tagildəki həbsxanada cəza çəkirdi.

Koroğlu Məmmədovun Uralda böyük nüfuzu var, ona Sverdlovsk vilayətinin şimalıdakı kriminal aləmdə xüsusi hərmət edirlər.

Karo qoca “klassik” məktəbinin “qanuni oğru”su sayılır. Güc strukturları onun azadlığa çıxmasından sonra kriminal bazarda ciddi yenidən bölüşdümə gözləyir. Məlumata görə, yerli cinayətkarlar arasında çox sayda sədaqət göstərməyə hazırdır. Digər məlumata görə, Karonun “oğru” statusunu hamı da qəbul etmir.

Karo həbscəzasını 2013-cü ildə alıb. Hələ 2011-ci ildə Nijniy Tagil topdan satış ticarət bazasındakı çeçen tərəfdaşı Said Boqatırev ondan inciyib. O, Karonu şantaj və fiziki məhvetmə ilə hədələməkdə günahlandırıb. İki il araşdırmadan sonra “qanuni oğru”ya 8 il iş veriblər.
18-05-2019, 21:29
Geri qayıt