AFN.AZ / Bakı sakinini şəhərin mərkəzində güllələyən şəxs saxlanılıb -

Bakı sakinini şəhərin mərkəzində güllələyən şəxs saxlanılıb -

Bakı sakinini şəhərin mərkəzində güllələyən şəxs saxlanılıb -


Daxili İşlər Nazirliyi Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.



DİN-in mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.

Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.
7-08-2019, 12:42
Geri qayıt