AFN.AZ / İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq

İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq

İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 33 yaşlı Xəyyam Balayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Abdullayev ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini Xəyyam Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq geri qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.
16-08-2019, 13:13
Geri qayıt