"Bakı Yığması" Soçidə yüksək liqada- FOTOLAR




"Şən və Hazırcavablar klubları"nın Rusiyanın Rusiyanın Soçi şəhərində keçirilən 28-ci beynəlxalq festivalının seçmə mərhələsində Azərbaycanı təmsil edən “Bakı Yığması” güclülər liqasına çıxıb.

Bu barədə Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov xəbər verib:

"Əziz dostlar, Əziz həmvətənlər! Bakı "KVN"in güclülər liqasında. Sadəcə afərin! " – şəxsi instagram hesabında paylaşımına belə şərh yazıb.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı Yığması” ilə qatılıb.(Report)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu