“Söz çıxardılar ki, xəstəyəm, evlənə bilmərəm...”- Nisə Qasımova




“İlk növbədə insanları maraqlandırır ki, niyə ailə qurmamışam? Sirli insanam. Hətta bəzi müğənnilər adıma söz çıxardılar ki, xəstədir, ailə qura bilməz, xasiyyəti pisdir”.

Bu sözləri xalq artisti Nisə Qasımova “Klip+” verilişinə qonaq olarkən deyib.

Müğənni söyləyib ki, qarşısına çıxan şəxsləri özü uzaqlaşdırıb:

“Mən qarşıma çıxanı ustalıqla uzaqlaşdırmışam. Onun məni həyat yoldaşı kimi görməməsi üçün hər şey etmişəm. İnsan bir dəfə, iki dəfə sınır. Sonra düşünür ki, üçüncü dəfə sınmamalıyam. Məndə də bu küskünlük gedir.

Hərdən özümə sual verirəm ki, görəsən mən düzgün yaşayıram? Çox şeyi danışmaq istəmirəm. Sənət dostlarım inciyər, deyər ki, sən fərasətsizsən, villalarda yaşamırsan. Amma mən ailəmdən , ətrafımdan , yaşayış tərzimdən də razıyam”.(qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu