Silvester Stallone kino şirkətini məhkəməyə verib




Məşhur Hollivud aktyoru Silvester Stallone Warner Bros Entertaiment şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. O, “Dağıdıcı” (Demolition Man, 199-cü il) filmindəki baş rolun ifasına görə, kinolentin satışından toplanan gəlirlərdən özünə az məbləğ ödənildiyini iddia edib.

AFN xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Cənab Stallone bəyan edib ki, filmin satışından əldə edilən gəlirlər 125 milyon dolları ötərsə, ona 15 faiz pay düşməli idi. “Dağıdıcı” filmi prokat dövründə 159 milyon dollar gəlir gəlir gətirsə də, “Warner Bros”un versiyasına görə film çəkilən xərcləri ödəməyib. “Kinoşirkətləri xəsislikləri ilə məşhurdular. Bu məsələdə dünya şöhrətli istedada qarşı açıq-aşkar ləyaqətsizlik hərəkətləri edilib”, - Silvester Stalloneyə məxsus Rogue Marble Productions şirkətinin agentliyi belə bəyan edib.
Bloomberg agentliyinin məlumatına görə, cənab Stallone filmdən toplanan gəlirlərdən savayı, həm də kompensasiya verilməsini tələb edir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu