ƏMDK-nin keçridiyi açıq və şəffaf hərraclar investorlar üçün geniş imkanlar yaradır




Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən açıq, şəffaf hərraclar davam edir. Dövlət başçısı tərəfindən təsdiq edilmiş «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanı da bu istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatladırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşməsinə istiqamətlənib.



AFN xəbər verir ki, hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləki, hərracların açıq və şəffaf keçirilməsi, iştirak etmək prosedurunun olduqca rahat olması, əmlak sahibi olmaq istəyən iş adamları, sadə vətəndaşlar, investorlar üçün geniş şərait yaradır. İstənilən şəxs, vətəndaş, sərmayəçilər, QHT, media nümayəndələri prorsesin gedişatını canlı izləmək imkanına malikdir. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Beləki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir. Qeyd edilməlidir ki, yaxın gələcəkdə reallaşacaq elektron hərraclarda özəlləşdirmə prosesinin daha da sürətlənməsinə gətirib çıxaracaq.

Statistikaya əsasaən 2017 ci ilin birinci rübü ərzində ümumilikdə respublika üzrə 43 hərrac keçirilib. Bunlardan 11-i Bakıda, 33-ü isə respublikanın digər rayon və şəhərlərində keçirilib. Səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə 12 pul hərracı baş tutub. Hərracda kiçik dövlət müəssisə və obyekti, istifadəsiz qeyri-yaşayış sahəsi, nəqliyyat vasitəsi, səhmdar cəmiyyətləri özəlləşdirilir. Özəlləşdirilən əmlaklar məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir.

Özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılaraq onların fəaliyyəti genişləndirilir. Özəlləşdirilən əmlaklar sonradan sahibləri üçün qazanc mənbəyinə çevrilə bilir. Bu isə qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin sağlamlaşdırılmasına, ölkəyə gələn valyutanın həcminin artmasına gətirib çıxarır. Eyni zamanda özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır.

Hərracların keçirilməsinin bir çox üstünlükləri var. Mühüm üstünlük belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması, geniş ictimaiyyətə, potensial yerli və xarici investorlar üçün müvafiq informasiya təminatının yaradılması məqsədilə Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan 600 minə yaxın istifadəçi qeydə alınmışdır. Bu isə investorlarımn heç bir mane olmadan keçirilən özəlləşdirmə prosesinə olan marağın göstəricisidir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu