Ukrayna Avroviziya yarışmasına hazırdır




Ukrayna “Avroviziya-2017” musiqi yarışmasını keçirməyə tam hazırdır, baş nazir Vladimir Qroysman belə bəyan edib.





AFN bildirir ki, baş nazirin bu sözlərini aprelin 28-də Depo.ua saytı yayıb.

Ukrayna hökumətinin başçısı təşkilatçıların yarışma ilə bağlı işləri başa çatdıra bilməyəcəklərinə əmin olan skeptiklərə belə söyləyib: “Xatırlayıram ki, hər şey Camalanın qələbəsindən sonra necə başlamışdı və kimlərsə Ukraynanın yarışlara hazırlıqları başa çatdıra bilməyəcəklərini deyirdilər. Mən hazırlıqları vaxtında başa çatdıracağımızıa bağlı vəd verdim və siz də şahidi olursunuz ki, Avroviziyanın Ukraynada keçirilməsi üçün faktiki olaraq hər şey edilib”.
Qroysman vokal yarışmasında təhlükəsizliyin ən yüksək səviyyədə qorunacağını da vəd edib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu