Rusiyaya Avroviziyanı pozmağa imkan verməyin





Camala ukraynalılara berə bir müraciət etdi



Avroviziya-2016 musiqi yarımasının qalibi, krım-tatar müğənnisi Camala Kiyevdə keçiriləcək mahnı yarışmasını ruslar tərəfindən pozulmasına yönələn istənilən provokasiyasının qarşısını almağa çağırıb.



AFN censor.net saytına istinadla bildirir ki, müğənni bununla bağlı Reuters agentliyinə danışıb

“Mənə elə gəlir ki, Rusiya tərəfdən çoxlu provokasiyal gözlənilə bilər, çünki bizim qələbəmiz onlara çox pis təsir edib. Mən bütün Ukraynadan xahiş etmək istəyirəm ki, çox ehtiyatlı olsunlar və provokasiyalara uymasınlar”, - müğənni qeyd edib.

Həmçinin əlavə edib ki, müsabiqə yaxınlaşdıqca, provokasiyalar da çoxalacaq.

Qeyd edək ki, mayın 9 və 11-də Kiyevdə Avroviziya-2017 musiqi yarışmasının yarımfinalları, 13-də isə finalı keçiriləcək.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu