Birləşmiş Diasporun təşkilatçılığı ilə Lvovda Azərbaycan Musiqi Günü- FOTO/VİDEO




Ukraynanın Lıvov şəhər Filarmoniyasında XXXVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Günü keçirilib.

Azadinform xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporun (UABD) təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, UABD-nin sədri Hikmət Cavadov, Lvov şəhər Administrasiyası rəhbərliyi və Ukraynada Azərbaycan diasporunun tanınmış simaları iştirak ediblər.
Azərbaycan Musiqi Günü Lvov Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifası və Yalçın Adıgözəlovun dirijorluğu ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlayıb. Dj.Gerşvinin Fortepiano ve orkestr üçün konsertini SSRİ xalq artisti Fərhad Bədəlbəyli ifa edib.
Sonra Yalçın Adıgözəlovun dirijorluğu ilə Qara Qarayevin “İldırımlı yollarla” baletindən ikinci süita səsləndirilib.
Yüksək anşlaqla baş tutan konsert tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Qeyd edək ki, konsert həmçinin 28 may Respublika Günü ilə əlaqədar UABD-nin Ukraynada təşkil etdiyi tədbirlər silsiləsindəndir.



Birləşmiş Diasporun təşkilatçılığı ilə Lvovda Azərbaycan Musiqi Günü-








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu